Dünyanın məhşur “PİVƏ” festivalları – 2016
19 AVQUST 2016
345

Dünyanın məhşur “PİVƏ” festivalları – 2016

Statistikaya görə, dünyada ən populyar alkoqollu içki  sayılan pivə, maye içki növləri arasında ümumi reytinqində su və  çaydan sonra üçüncü yeri tutur. Pivəyə olan bu diqqət heç də təsadüfi deyil. Bu, nəinki ətirli və dadlı, həm də faydalı içkidir.  Pivənin müxtəlif növləri mövcuddur və hər bir pivə qurmanı öz ürəyincə olanı tapıb seçə bilər.  Avropa yarandığı andan pivə festivalı keçirməklə dünya pivə sevərlərinin diqqətini cəlb edir.

2016-cı ildə maraqlı pivə hadisələri

Pivənin vətəni Almaniya sayılır. Məhz bu il Münhendə keçirilən Pivə festivalı 17 sentyabrda başlayacaq və 3 oktyabradək davam edəcək . Ümumilikdə, 2016–cı il ərzində Avropada keçirilən Pivə festivalları :

2016–cı il, fevralın 6–7-sində Belçikada keçirilən  ”Brugge Beer Festival” festivalında 75 növ pivə və  300 növdə şərab festival iştirakçılarına təqdim olunub. 

5 – 7 fevral tarixində İrlandiyada  “ Craft Brews & Food Fair “ festivalı baş tutur.  

Məhşur Dublin Publarının festivalı olan “Craft Brews & Food Fair “ bu şəhəri bəzəyən eyvanlarda keçirilir.

Ənənəvi olaraq İngiltərədə keçirilən milli “Ales Festival” bu il 17 – 20 fevral tarixlərində  Derbi şəhərində keçirilib. Burada 300 əcnəbi pivə növü və pivədən hazırlanan şirniyyatlar nümayiş etdirilib. 

Çexiyada isə “Zlata Pivni Pecet” adlı pivə festivalı bu ilin fevralin 1- 6-dək baş tutub. Festival iştirakçılarına 541 növ Çex pivəsi təqdim olunub. Məlumdur ki, dünyada ən  çox pivə içilən ölkə Çexiyadır. Bu göstərici bir nəfərə düşən  pivənin miqdarı nəzərə alınaraq hesablanıb. Bu rəqəm ildə, demək  olar ki, 152 litr təşkil edir.

 

İspaniyada  4 – 6 mart tarixlərində keçirilən“Barcelona Beer Festival ” festivalında turistlər və yerli əhali Barselona pivəsini dadmaq imkanı əldə ediblər.

 


  “ Strong Beer Festival “ Almaniyanın Münhen şəhərində hər il 12 fevralda baş tutur .

Hal – hazırda Avropada davam edən Pivə Festivalları  arasında Almaniyanın Ştraunbinq şəhərində keçirilən “ Gäubodenvolksfest “ festivalıdır . Bu festival ən böyük və ən qədimlərdən hesab olunur.200 ilə yaxın yaşı olan festival ərəfəsində ənənəvi geyimlər geyinən almanlar  adət-ənənələrini qorumağa çalışırlar.Avqustun 12-sindən başlayan festival ayın 28 -də sona çatacaq .

 

 

 

 

 

 

Ən populyarlar sırasında Almaniyada keçirilən  «Oktoberfest» festivalı da var. O, hər il  Münhendə keçirilir və 6 milyondan çox ziyarətçini əhatə edir.

Avropada ilin sonunadək keçiriləcək Pivə Festivallarının siyahısı :

1.      20- 22 avqust, Filandiyada  keçiriləcək “Syystober ” festivalı .

2.      5 – 6 sentyabr, Çexiyada keçiriləcək “Žatec Hops” festivalı .

3.      6 – 8 oktyabr  ABŞ-da keçiriləcək “Great American Beer” festivalı.

4.      12 oktyabr – 10 noyabr İsveçrədə keçiriləcək “Oktoberfest” festivalı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır