Dənizkənarı Milli Parkda caz konserti olacaq
30 AVQUST 2016
601

Dənizkənarı Milli Parkda caz konserti olacaq

Sentyabrın 3-də Dənizkənarı Milli Parkda, açıq səma altında “Barrel Jazz Nights” adlı caz konserti keçiriləcək.

Fins.az xəbər verir ki, konsertdə azərbaycanlı və amerikalı musiqiçilər tərəfindən caz-muğam janrında musiqi proqramı təqdim olunacaq.

Konsert proqramında tanınmış ifaçılar Rodolfo Perez, Ronen İtzik, İsmael De La Rosa, Ruslan Ağababayev, Şəhriyar İmanov, Kamran Kərimov və Ələfsər Rəhimov çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır