Şəkidə Beynəlxalq Teatr Festivalı keçirilir
19 SENTYABR 2016
402

Şəkidə Beynəlxalq Teatr Festivalı keçirilir

Şəkidə "Üç məkan" II Beynəlxalq Teatr Festivalı keçirilir. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı  ilə gerçəkləşən festivalda yeddi ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, İran və Birləşmiş Ərəb Əmirliklərinin 12 teatrı iştirak edir.
 
Tamaşaların 8-i Şəki şəhərində, 3-ü Mingəçevirdə, 1-i isə Bakıda göstəriləcək. Müəllifi və quruluşçu rejissoru Naci Əlhay olan səhnə əsəri müflisləşmiş Lulu adlı qadınla, onun İngiltərədə təhsil almış, balerina olmaq istəyən, qızı Süzanın mübahisələri və firavanlıq içində keçmiş günlərin xatirələri üzərində qurulub. Rolları Bədriyyə Əhməd və Budur Muhəmməd oynayıb.Tamaşadan sonra Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyəti adından qonaqlara festivalın diplom və xatirə hədiyyəsi təqdim edilibdir.Həmin gün festivalın daha bir iştirakçısı - İran İslam Respublkasının "Neğab" teatrı Mingəçevir Dövlət Dram Teatrının səhnəsində çıxış edib. Onlar X.Təqiani Purun "Kütləvi xoşbəxtlik" tamaşasını göstəriblər. Sentyabrın 17-də Şəki səhnəsi ukraynalı qonaqların ixtiyarında olacaqdır.
 
Xarkov şəhərindən  gəlmiş kollektiv "Teatr Prekrasnıye Svetı" ("Gözəl çiçəklər teatrı") "Piy" tamaşası ilə çıxış edəcəkdir.Sentyabrın 22-si Şəki teatrı Vqif tamaşasını nümayiş etdirəcəkdir.Festival çərçivəsində Şəkidə və Mingəçevirdə nümayiş etdirilən tamaşalara 140 nəfər əcnəbi turist iştirak edib.
 
Qeyd edək ki, sentyabr ayının 15-dən 23 kimi keçiriləcək teatr festivalı 22-si və 23-ü tarixlərində Bakıda Dövlət Musiqili Komediya  teatrında bağlanış mərasimi baş tutacaq.Mərasimdə Türkiyədən olan İstanbul bələdiyyəsi qrupunun və azərbaycanlı teatr ustalarının tamaşaları nümayiş etdiriləcək. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır