Almaniyada “Oktoberfest” festivalı start götürüb
19 SENTYABR 2016
773

Almaniyada “Oktoberfest” festivalı start götürüb

“Oktoberfest” –“Oktyabr xalq gəzintisi” adı ilə məşhurlaşan bu festival  hər il Almaniyanın Münhen şəhərində keçirilir. Tədbir bütün dünyadan olan turistlərin  böyük marağına səbəb olur.

Münhendə 16 gün

Hər il bu festivala 6 milyondan çox insan qatılır. Festivala həm Almaniyanın,  həm də dünyanın digər ölkələrindən turistlər axışır.

Festival sentyabr ayının ortalarından oktyabr ayının 1-nə kimi davam edir. Tədbir Münhen şəhərinin əsas dəmiryol vağzalından bir qədər aralıda olan “Theresienwiese” meydanında keçirilir.Tədbir adətən 16 gün davam edir. Festivalda yalnız Münhen pivə növləri təqdim olunur. Həmçinin müxtəlif atraksionlar turistlərin ixtiyarına verilir.

İlk dəfə 1820-ci ildə...

Festival ilk dəfə olaraq 1810-cu il oktyabrın 12-də keçirilib. Festival, Saksoniya – Hildzburq şəhzadəsi Terezanın 17 oktyabr tarixində keçirilən toy mərasiminə həsr edilib. Lakin 1813-cü ildə Napoleon öz ordusu ilə  Almaniyaya hücum etdiyindən festivalın keçirilməsində fasilə yaranıb. 1819-cu ildən etibarən isə festivalın təşkil edilməsi Münhen şəhər rəhbərliyinin idarəçiliyinə verilib.  1910-cu ildə festivalın 100 illiyi qeyd olunub.

1914-cü ildən  festival müasir formasını alıb və festivalın keçirilməsi sentyabr ayının ortalarından başlayıb  oktyabrın 1-dək keçirilməsi nəzərə alınıb və bü günümüzə kimi festival həmin tarixlərdə keçirilir.

1.2 milyon litr pivə

1910-cu ildə isə festivalın yüz illiyində rekord həddə 1.2 milyon litr pivə satılıb. Festival saat 12:00-da başlayır.  Tədbirin ən maraqlı məqamlarından biri də pivə çəlləyinin açılması üçün vurulan zərbədir, belə ki, zərbələrin sayı hesablanır. Ən yaxşı nəticə isə 2006-cı ildə olub,  o zaman çəllək bir zərbə ilə açılıb. Ənənəvi olaraq, həmin çəlləkdən ilk pivəni isə Bavariya əyalətinin naziri içir, bununla da festival açıq elan olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır