İndi də kabab festivalı – ÇEÇENİSTANDA
19 SENTYABR 2016
837

İndi də kabab festivalı – ÇEÇENİSTANDA

Oktyabrın 8-9-da Çeçenistanın paytaxtı Qroznı şəhərində ilk beynəlxalq klunariya və fəal istirahət  festivalı keçiriləcək. Fins.az-ın məlumatına görə “Şaşlık-Maşlık” adlı festivalda bir çox ölkələrin mətbəxləri nümayiş olunacaq.
 
Tədbirə Azərbaycan, Gürcüstan, Ermənistan, Serbiya, İran, Bolqariya İspaniya və Orta Asiya ölkələrindən olan iştirakçılar qatılacaq. Festivalda dünyanın ən böyük kababının hazırlanaraq tədbir iştirakçılarına  pulsuz paylanılması nəzərdə tutulub.Həmçinin yerli gənc kababçılara ustad dərsləri keçiriləcək.Bununla yanaşı kababçılar arasında müxtəlif yarışların keçirilməsi nəzərdə tutulub. Festival çərçivəsində qala-konsert də keçiriləcək.
 
Federal agentliyin turizm üzrə rəhbəri Oleq Safonov Çeçenistanda turizmin inkişafının qarşıya qoyulan əsas məqsədlərdən biri olduğunu vurğulayıb. Bir müddət öncə isə 2016-cı ildə Çeçenistana 100 midən çox turistin gələcəyi proqnozlaşdırılmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır