Bakıda Beynəlxalq Memarlıq Festivalı başlayıb
22 SENTYABR 2016
514

Bakıda Beynəlxalq Memarlıq Festivalı başlayıb

Sentyabrın 22-də Bakıda Azərbaycan Memarlar İttifaqının və Moskva Memarlar İttifaqının təşkilatçılığı ilə “Eko–Sahil” Beynəlxalq Memarlıq Festivalının açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadə festivalla bağlı məlumat verib.
Bildirib ki, festival çərçivəsində “Bakı şəhərinin sahilyanı dəniz sənaye zonasının ictimai məkanlar üçün regenerasiyası” mövzusunda açıq memarlıq-şəhərsalma müsabiqəsi, “Bakının sahilboyu ərazilərinin problemləri və inkişaf perspektivləri” mövzusunda elmi konfrans, tematik sərgilər, seminarlar, ustad dərsləri və s. keçiriləcək.
Qeyd olunub ki, elmi konfransda Azərbaycan, Rusiya, Serbiya, İtaliya, Gürcüstandan gəlmiş görkəmli alimlər məruzələrlə çıxış edəcək, ustad dərsləri keçəcəklər.
Mənbə: Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır