Göyçayda nar festivalı olacaq
10 OKTYABR 2016
908

Göyçayda nar festivalı olacaq

Noyabrın 5-də Göyçayda Nar festivalı keçiriləcək. Fins.az xəbər verir ki, festival şəhərin mərkəzində yerləşən nar yarmarkasında təşkil ediləcək.

Ziyarətçilər burada narın müxtəlif növləri ilə tanış olacaq, müxtəlif növ gözəl narlardan, həmçinin nardan hazırlanan narşərab və nar şirələrinin dadına baxacaqlar. Festivalın gedişində geniş konsert proqramı və müxtəlif əyləncələr keçiriləcək. İdmançıların, folklor və rəqs qruplarının çıxışları gözlənilir. Axşam isə festival şəhərin baş meydanında konsert və atəşfəşanlıqla yekunlaşacaq.

Festivalda xarici ölkə səfirləri, yerli və xarici iş adamları ilə yanaşı, icra hakimiyyətlərinin təmsilçilərinin, millət vəkillərinin iştirakı planlaçdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır