Əl işlərini satmaq üçün – FESTİVAL
13 OKTYABR 2016
417

Əl işlərini satmaq üçün – FESTİVAL

Bəzək yaradıcı insanlar birliyi 14-15 oktyabrda Kapelhaus Alman–Azərbaycan mədəniyyət evində “Payız palitrası”adı altında sərgi keçirəcək. Fins.az-a verilən məlumata görə, sərgidə 50 yaxın iştirakçı olacaq. Qeyd edək ki,festival sayca 6-cıdır. Birliyin rəsmisi Könül Allahverdiyeva tədbirin ildə iki dəfə yazda və payızda keçirildiyini bildirdi.

Festivalda müxtəlif əl işlərinizi nümayiş etdirə və hətta sata da bilərsiz. Festivalda tilda, toxunma, gildən olan oyuncaqlar, ev üçün müxtəlif dekor aksesuarlar, mətbəx dekorları, yağlı və akvarel boya ilə işlənmiş rəsmlər, ağacdan oyma işlər və s. nümayiş olunacaq. Festival rəsmisi ötən festivalların biri də gümüşdən hazırlanan tarın 5 min manata satışa çıxarıldığını bildirdi. Qeyd edək ki, tədbirdə iştirakçı olmaq yəni, əl işinizi nümayiş etmək üçün ödəniş etməlisiz. Lakin festivala tamaşa etmək pulsuzdur. Festival iki gün səhər 11:00-dan 20:00-dək davam edəcək. Burada siz yaradıcı dərnəklərə də yazıla bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır