“Arıçılıq məhsulları bal festivalı” keçirildi
18 OKTYABR 2016
651

“Arıçılıq məhsulları bal festivalı” keçirildi

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” reallaşdı. Fins.az-ın verdiyi xəbərə görə, festival Tarix Memarlıq Muzey Kompleksində keçirilib.
Festivala muxtar respublikanın bütün rayonlarından olan 210 arıçı tərəfindən 10 tondan artıq bal, vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılıb. 

Həmçinin festivalda bal arağı, bal şərbəti və baldan hazırlanan müxtəlif şirniyyatlar da nümayiş olunub. Son illər Naxçıvanda arıçılığın inkişafı naminə arı ailələrinin sayı artırılıb.

Naxçıvanda axır 15 il ərzində arı ailələnlir sayı 6 dəfəyə yaxın artılıb, və hal hazırda sayları 70 mindən çoxdur. Buranın bitki örtüyü 100 mindən çox arı ailəsi saxlamağa imkan verir və onlardan bir il ərzində 2000 tondan artıq əmtəəlik bal toplamaq mümkündür. 
Festivalda arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə müsabiqə keçiriləcək.

Qeyd edək ki, bu il ərzində qədim tariximizi yaşadan Naxçıvanqalada 5 festival keçirilib: “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov və Yallı” festivalları.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır