Bakıda Milli Mətbəx festivalı keçirilir – GİRİŞ 30 MANAT
18 OKTYABR 2016
1068

Bakıda Milli Mətbəx festivalı keçirilir – GİRİŞ 30 MANAT

Bakıda Azərbaycan milli mətbəxinin yeməklərinə həsr olunmuş festival keçirilir. «Xalça Restaurant  & Terrace» restoranında keçirilən festival okytabrın 14-dən başlayıb və ayın 23-dək davam edəcək. Festivalda hər gün bir bölgəyə məxsus yeməklər təqdim olunur. Festivalda iştirak etmək adambaşına 30 manatdır. Bu məbləği ödəməklə restoranda həmin gün təqdim olunan bütün yeməkərdən dadmaq mümkündür. Amma içkilər və şirələr əlavə ödənişlidir.
İndiyədək 4 bölgənin yeməkləri təqdim olunub. Oktyabrın 14-də bütün bölgələrin, 15-də Şəki mətbəxi, 16-da İsmayıllı mətbəxi, 17-də Lənkəran mətbəxi, bu gün, oktyabrın 18-də isə Gəncə mətbəxi təqdim olunacaq. Bu gün festivalda iştirak etməklə buğlama, qaymaq, dovğa, paxlava kimi təamların dadmaq.  Festivalda milli və əcnəbi musiqiləri dinləmək olar. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır