Bakıda Beynəlxalq “Çörək festivalı” keçirilib – FOTOLAR
20 OKTYABR

Bakıda Beynəlxalq “Çörək festivalı” keçirilib – FOTOLAR

Cümə axşamı Bakıda Birinci Beynəlxalq “Çörək festivalı” start götürüb. 

Tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qırğızıstan nümayəndələri də iştirak edirlər.

Azərbaycan festivalda 24 regionla təmsil olunur.

Tədbir iştirakçıları müxtəlif un növlərindən hazırlanmış çox sayda çörəklər təqdim ediblər.

Festival Beynəlxalq Kulinariya Günü çərçivəsində keçirilir. Tədbirin təşkilatçısı qismində Azərbaycan Milli Kulinariya Assosiasiyası çıxış edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır