Bakıda kino festival keçiriləcək – GİRİŞ PULSUZDUR
25 OKTYABR

Bakıda kino festival keçiriləcək – GİRİŞ PULSUZDUR

3 -12 noyabrda Bakıda “VII Avropa kino festivalı” keçiriləcək. Park Cinema kinoteatrlarında keçiriləcək Festivalda 19 Avropa ölkəsinin bədii və sənədli filmləri nümayiş olunacaq.  Festival Yunanıstan və ispan filmlərinin nümayişi ilə açılacaq. Festivalda müxtəlif janrlarda triller, komediya və drama janrında olan filmlər nümayiş olunacaq. Azərbaycan festivalda “Qırmızı bağ” filmi ilə təmsil olunacaq. Filmlər Park Cinemanın hər 5 mərkəzində (Park Bulvar, Metro Park, Amburan yay kinoteatrı, Cinema Zaqulba, Park Cinema Flame Tower) da nümayiş olunacaqdır.

Biletlər pulsuzdur. Qeyd edək ki, Park Cinemanın bütün məntəqələrində filmlər pulsuz nümayiş olunacaqdır. Həmçinin neçə nəfərlə istəsəz gedə bilərsiz.

Filmlərin nümayiş tarixləri:

Festivalın ilk günü 3 noyabrda Park Bulvarda “Kiçik İngiltərə”  18:00 – da

«Bağlı gözlərlə yaşamaq asandır» Park Bulvarda  18:00 – da

Digər filmlərin təqdim olunma vaxtını və saatını aşağıdakı linkdən əldə edə bilərsiz.

https://parkcinema.az/?lang=az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır