Tamaşaçılara “Avropa film festivalı”nda oturmağa yer çatmadı
11 NOYABR

Tamaşaçılara “Avropa film festivalı”nda oturmağa yer çatmadı

Ölkəmizdə 3 noyabr tarixindən start götürən sayca “7-ci Avropa film festival”ı tam sürəti ilə davam etməkdədir. Elə şəhər sakinlərinin də film festivalına böyük marağı var. Baxmayaraq ki, filmlər əcnəbi dildə nümayiş olunur, hətta pilləkanlara qədər tamaşaçılarla tutulan yerlər festivala böyük marağın olmasından xəbər verir. Festivalın 8-ci günü də böyük izdihamla keçdi. Belə ki, oktyabrn 10-unda Park Bulvarda, Metro Parkda və Park Cinemada festival çərçivəsində filmlərin nümayişi davam etdi. Metro Parkda Estoniya istehsalı olan “1944” filmi, Park Bulvarda isə Fransa sitehsalı olan “Terra” adlı bədii film tamaşaçılara təqdim edildi. Filmin rejissorları Yann Artyus – Bertran və Mişel Pitidir.

Fins.az-a müsahibə verən “Terra” filminin rejissoru Mişel Piti artıq 25 ildir ki, film çəkdiyini bildirdi. Əvvəl sərguzəşt xarekterli filmlər çəkdiyini deyən Mişel uşaqları dünyaya gədikdən sonra sənədli filmlərə və daha çox təbiətin qorunması ideyaları təbliğ edən filmlərə üstünlük verdiyini bildirdi. Avropa film festivalında nümayiş olunan filmlərdən hansını daha çox bəyənmisiz sualına fransalı rejissor: “bu suala cavab vermək mənim üçün çox çətindir”, - söylədi. O, ölkəmizə yeni gəldiyini qeyd etdi. “Terra” filminə gəlincə isə rejissor dünyanın 19 ölkəsində 19 dildə bu filmin nümayiş olunduğunu bildirdi. Rejissor filmdə insanlara təbiəti qorumalı olduqları barədə bir mesajın çatdırıldığını və bunun hər birimizdən asılı olduğunu söylədi.

Filmin rejissorundan sonra Fins.az-ın suallarını Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez cavablandırdı. Xanım Buşez ölkəmizdə bir ildir ki, səfir çalışdığını bildirdi. O, Fransanın festivalda artıq 7-ci ildir ki, təmsil olunduğunu qeyd etdi. Həmçinin xanım səfir festivalda istənilən mövzuda filmin nümayiş oluna bilməsini müsbət hal kimi vurğuladı. 

Qeyd edək ki, festivalın 7-ci günü Almaniya istehsalı olan film nümayiş edilmişdi. Həmin gün də 199 nəfərlik zal tam dolu idi. Film bitdikdən sonra isə Almaniyanın ölkəmizdəki səfiri və səfirlik nümayəndələri tərəfindən maraqlı oyun keçirildi. 

Festivalın 9-cu günü, yəni bu gün  Metro Parkda Avstriya istehsalı olan “Ştrayf- Cəhəmnəmə gediş” adlı  film və Böyük Britaniya istehsalı olan “Sing Street” filmi Park Bulvarda nümayiş olunacaqdır. Qeyd edək ki, filmlərə baxış pulsuzdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır