Pulsuz festivala hansı filmlər çıxarıldı? – REPORTAJ
14 NOYABR

Pulsuz festivala hansı filmlər çıxarıldı? – REPORTAJ

3 noyabrdan start götürən “7-ci Avropa Film Festival”ı başa çatıb. Festivalda nümayiş olunan ayrı-ayrı Avropa ölkələrinin istehsalı olan filmlərin ideyası, onların qəhrəmanlarının davranışı Azərbaycan tamaşaçılarına Avropa xalqlarını daha yaxından tanımağa imkan verməsi və xalqlar arasında mədəni inteqrasiyanı gücləndirməsidir. Qeyd edək ki, filmlərə baxmaq pulsuz idi.  

Festivalın ilk günü

Festival ilk gündən etibarən böyük tamaşaçı kütləsi toplayıb. Bunu filmlərə gələnlərin sayından da görmək olardı. Belə ki, festival başladığı ilk gündən, paytaxt sakinləri filmlərin nümayiş olunduğu kinoteatrlara üz tuturdular. Hətta bəzən o qədər tamaşaçı izdihamı olurdu ki, heç də hamıya filmə tamaşa etmək üçün salonda yer çatmırdı. Filmlərə gəlincə, festivalı Yunanıstan istehsalı olan “Balaca İngiltərə”və İspaniya istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır” filmi açıq elan etdi. 

Festivalın ikinci günü

Festivalın ikinci günü təqdim olunan filmlərdən biri Finlandiya digəri isə Litva istehsalı idi. Finlandiyalı rejissorun hazırladığı “Deyingən” adlı, komediya janrında olan film, tamaşaçıları o ki, var güldürdü. Bununla da azərbaycanlı film tamaşaçısı yunanların yumor hissi ilə tanış olmuş oldu. Festivalın ikinci günü nümayiş  olan digər bir filmdə isə azərbaycanlı tamaşaçılar litvalıların ikinci dünya müharibəsi zamanı çəkdiyi əziyyətlərin şahidi oldular. 

“Dostluq”

Ümumilikdə hər gün iki film olmaqla iki fərqli konoteatrlarda filmlər nümayiş olundu. Amma 8 noyabrda nümayiş olunan Almaniya istahsalı “Dostluq” filmini xüsusi qeyd etmək yerinə düşərdi. Filmə böyük maraq var idi. Filmdə Almaniyanı iki hissəyə ayıran divarın sökülməsindən sonra Nyu-York şəhərinə yola düşən iki dostdan bəhs edilir. Amma səyahət heç də dostların düşündüyü kimi asan olmur. Ekran işi iki dostun sərgüzəştlərindən bəhs edir.  

“Terra”

Maraqla izlənilən filmlərdən biri də fransalı rejissor Mişel Pitinin “Terra” filmi idi. Filmin rejissoru  Mişel Piti artıq 25 ildir ki, film çəkdiyini bildirdi. Əvvəl sərguzəşt xarekterli filmlər üzərində işlədiyini deyən Mişel uşaqları dünyaya gədikdən sonra sənədli filmlərə və daha çox təbiətin qorunması ideyaları təbliğ edən filmlərə üstünlük verdiyini bildirdi. Avropa film festivalında nümayiş olunan filmlərdən hansını daha çox bəyənmisiz sualına fransalı rejissor: “bu suala cavab vermək mənim üçün çox çətindir”, - söylədi. O, ölkəmizə yeni gəldiyini qeyd etdi. “Terra” filminə gəlincə, rejissor dünyanın 19 ölkəsində 19 dildə bu filmin nümayiş olunduğunu bildirdi. Rejissor filmdə insanlara təbiəti qorumalı olduqları barədə bir mesajın çatdırıldığını və bunun hər birimizdən asılı olduğunu söylədi.

 Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez də festival barədə fikirlərini bölüşdü.  Xanım Buşez ölkəmizdə bir ildir ki, səfir çalışdığını bildirdi. O, Fransanın festivalda artıq 7-ci ildir ki, təmsil olunduğunu qeyd etdi. Həmçinin xanım səfir festivalda istənilən mövzuda filmin nümayiş oluna bilməsini müsbət hal kimi vurğuladı.

“Sing Street” 

Ən çox gözlənilən filmlərdən biri də Böyük Britaniya istehalı olan “Sing Street” idi. Filmin premyerası 2016-cı ilin yanvarında baş tutub. Ekran işi film istehsalçılarına 12 milyon dollar gəlir gətirib. 

Filmdə hadisələr 1980-ci illər də Dublin şəhərində cərəyan edir. Ekran əsərinin qəhrəmanı 14 yaşlı Konor adlı qəhrəmandır. Ailə daxili davalar, maddi çətinliklər yeniyetmənin həyatını cəhənmənə çevirir. Hələ bu azmış kimi o, oxumağa başladığı məktəbdə sinif yoldaşları və müəllimləri tərəfindən incidilir. Amma günlərin bir günü Konor Rafina adlı gözəl qızla tanış olur. Elə hər şey də bundan sonra başlayır. Filmdə musiqiçi gəncin həyatı öz əksini tapıb. 

Festivalın sonuncu günü 

“7-ci Avropa Film Festival”ının sonuncu günü 12 noyabr tarixində isə Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırbızı bağ” filmi və Rumıniya istehsalı olan” İnsanlar və heyvanlar” filmi kinosevərlərə təqdim olunub. 

Rumıniyalı rejissor Adrian Sitarunun çəkdiyi komediya janrında olan filmdə bir ailənin ev heyvanlarına olan sevgisindən bəhs edilir. 

Dram janrında olan “Qırmızı bağ” filmində isə kənd müəllimlərindən biri olan Abba adlı şəxsin həyatından bəhs edilir. Belə ki, uzun müddət övladı olmayan müəllim oğul həsrəti ilə yaşayır. Başı öz arzusuna qarışan Abbas həyat yoldaşı və övladlığa götürdüyü uşağa qarşı laqeydləşir. Amma bir müddətdən sonra o, səhv etdiyini başa düşərək, itirdiklərini geri qaytarmağa çalışır. Ekran işinin rejissoru Mirbala Səlimlidir. 

 Ümumilikdə festivalda Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç və Böyük Britaniyadan olan məşhur rejissorların filmləri nümayiş olundu. Qeyd edək ki , festivala hər il maraq daha da artır. Ötən illərdə keçirilən Avropa film festivalına 6000 dən çox insan qatılıb. “7-ci Avropa Film Festival”ında filmlərin nümayişi zamanı boş yerlərin qalmadığını nəzərə alsaq onda “7-ci Avropa Film Festival”ında 10.000 yaxın insanın iştirak etdiyini demək olar.  Beləliklə, film həvəskarlarına “7-ci Avropa Film Festival”ı ilə sağollaşıb, növbəti festivalı səbirsizliklə gözləmək qalır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır