Sentyabrın sonu bu şəhərdə festival keçiriləcək
06 SENTYABR
228

Sentyabrın sonu bu şəhərdə festival keçiriləcək

Daim turistlərin böyük marağına səbəb olan şəhərlərdən biri də İspaniyanın Barselona şəhəridir. Buna səbəblərdən biri də daim burada maraqlı festivalların keçirilməsidir. Turizm.fins.az xəbər verir ki, belə festivallardan biri də La Merce festivalıdır. Tədbir hər il sentyabrn 22-25 tarixlərində keçirilir. Festivalda nəhəng personajlar, saraylar və müxtəlif filmlərdən nağıllardan personajlar iştirak edir. Bundan başqa festivalda konsertlər və tamaşalar nümayiş olunur. Tədbir əfsanələrə görə şəhər müdafiəçisi ilahə  La Merce-y həsr olunur. Qeyd edək ki, bu festival ən böyük küçə yürüşü olan festivallardan biri hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır