Quba "Alma bayramına"hazırlaşır
22 SENTYABR
367

Quba "Alma bayramına"hazırlaşır

Qubada ənənəvi olaraq hər il keçirilən Alma bayramına və bu il ilk dəfə təşkil olunacaq Xalça festivalına hazırlıq işlərinə başlanılıb.

Turizm.fins.az xəbər verir ki, bu il Alma bayramı oktyabrın 8-də şəhərin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.

2012-ci ildən etibarən ənənəvi olaraq hər il keçirilən Alma bayramına xarici ölkə nümayəndələri, respublikamızdan kənarda yaşayan qubalı iş adamları, görkəmli elm və mədəniyyət xadimləri qatılacaqlar.

Hazırda Alma bayramına hazırlıq işləri aparılır. Bayram mərasimində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Tədbir çərçivəsində qonaqlara şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.

Bayram çərçivəsində ən böyük alma və digər nominasiyalar üzrə qaliblər mükafatlandırılacaq.

V Alma bayramı ilə eyni vaxtda ilk dəfə olaraq Xalça festivalı da keçiriləcək. Festival çərçivəsində Azərbaycan xalçaları, onların toxunma prosesi nümayiş etdiriləcək. Tədbir çərçivəsində xalçaların satışı da təşkil olunacaq.

Bayram tədbirlərində Azərbaycanın tanınmış incəsənət nümayəndələri ilə yanaşı, xarici ölkələri təmsil edən rəqs qrupları da iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır