II Bakı Ticarət Festivalına supermarket və apteklər də qoşulacaq
12 OKTYABR
287

II Bakı Ticarət Festivalına supermarket və apteklər də qoşulacaq

II Bakı Ticarət Festivalında iştirak etmək üçün qeydiyyatdan 578 şirkət keçib.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ötən festivalla müqayisədə iştirakçıların 2,8 dəfə artıb:

"Əgər ötən festival zamanı 172 şirkət ƏDV qaytarırdısa, budəfəki festival çərçivəsində belə şirkətlərin sayı 467 olacaq. Bundan başqa, bu dəfə ƏDV qaytarmayacaq 111 şirkət qeydiyyatdan keçib, lakin onlar festivalın tərəfdaşıdır. Ötən festivalda belə tərəfdaşların sayı 33 idi".

Ə.Qarayev qeyd edib ki, ilk dəfə II Şopinq Festivalında supermarketlər və apteklər də iştirak edəcək: "Supermarketlərə gəlincə, ƏDV-nin qaytarılmasının ərzaq məhsullarının alışına aidiyyəti olmayacaq".

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır