Şahdağda festival keçiriləcək
19 OKTYABR
413

Şahdağda festival keçiriləcək

Noyabr 11-i Şahdağda Salsa & Bacha Festivalı keçiriləcək. Bu festivalda dünya səviyyəli salsa ustaları İvana Adler və Shaka Brown cütlüyü ilə Alba Fernandez və David Moyano cütlüyü Bakının tanınmış Latın Amerika rəqsi məktəblərinə master class keçəcəklər. Bakının “Badi Kuba”, “Baila Baku”, “Profi Dance”, “Let’s dance studio”, “Buta Salsa” və “Street Salsa” məktəblərinin iştirak edəcəkləri festival saat 13:00-da başlayacaq.

Ziyafət iki hissədən ibarət olacaq. Birinci hissədə görkəmli salsa rəqqasları iştirakçılara bu rəqslərin incəliklərini öyrədəcək və qazandıqları dünya təcrübəsini paylaşacaqlar. İkinci hissə isə bol əyləncə, musiqi və limitsiz rəqslər ilə davam edəcək.

Saat 18:00-a qədər “Salsa” və “Baçata” rəqsləri bir-birini əvəz edəcəklər. Beləki İvana Adler və Shaka Brown cütlüyü “Salsa”, Alba Fernandez və David Moyano cütlüyü isə “Baçata” rəqslərinin incəliklərini nümayiş etdirəcəklər.

Tədbirə qatılmaq üçün xüsusi hazırlanmış biletlər təqdim olunur. Belə ki, “Şahdağ Hotel və Spa” hotelində 1 nəfər üçün ikinəfərlik otaqda 1 günlük gecələmə, səhər yeməyi, Bakı – Şahdağ – Bakı transferi və tədbirdə iştirak haqqı hamısı birlikdə 60 manatdır. Bu təklif yalnız 11 Noyabr tarixi üçün keçərlidir. Qeyd edək ki, transfer üçün avtobuslar Gənclik m/s-nın Tofiq Bəhramov stansiyası çıxışında səhər saat 09:00-da gözləyəcək

Tədbirə gəldiyiniz zaman bilet mütləq üstünüzdə olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır