Bakıda Bayraq Festivalı keçirilib
08 NOYABR
239

Bakıda Bayraq Festivalı keçirilib

Bakı İdman Sarayında 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunmuş IV Bayraq Festivalı keçirilib.

Turizm.fins.az-ı APA-ya istinadən xəbərinə görə, tədbirdə rəsmi şəxslər, millət vəkilləri, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirliklərinin, xüsusi xidmətlərin hərbçiləri, gənclər iştirak ediblər.
 
Festivalda Azərbaycan dövlət bayrağının yaranma tarixi haqda iştirakçılara məlumat verilib, video-çarx nümayiş olunub. Tarixdə mövcud olmuş Azərbaycan dövlətlərinin bayraqları da nümyiş etdirilib.   
 
Festival Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin, incəsənət ustalarının konsert proqramı ilə davam etdirilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır