"Sweet November" Bakı yemək festivalı başlayıb – FOTO
24 NOYABR
910

"Sweet November" Bakı yemək festivalı başlayıb – FOTO

Azərbaycan paytaxtının qədim hissəsi İçərişəhərdə, Bakının rəmzi Qız qalasının ətrafında "Sweet November" irimiqyaslı yemək festivalı keçirilir.

Fins.az xəbər verir ki, noyabrın 26-dək davam edəcək festival "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və "Meal for Real" kulinar layihəsinin dəstəyi ilə təşkil edilib.

Bakıda yemək festivalı təkcə bütün dünya ölkələrinin yeni yeməklərinin dadına baxmaq üçün deyil, həm də öz qastro-startapının möhkəmliyini yoxlamaq üçün əla məkandır. Festivalda qonaqların adi vaxtda heç bir yerdə dadına baxa bilməyəcəyi müxtəlif ölkələrin milli mətbəxindən çoxsaylı yeməklər küçə yeməyi formatında təqdim olunur. Qız qalası ətrafında ardıcıl dörd gün davam edəcək şənlik isə uzun müddət yaddaşlarda unudulmaz təəssüratlar buraxacaq.

Festivalda qonaqları bütün mümkün yemək çeşidləri, içkiləri, hərarətli musiqi, eləcə də ustad dərsləri (əlavə edilmiş fayllarda cədvəl və qastronomik xəritə var) ilə təəccübləndirmək üçün 20-dən çox restoran və kafe, çoxsaylı kulinarlar iştirak edirlər.

Təşkilatçılar bütün bakılıları, şəhərin qonaqlarını və turistləri Bakıda bu payızın ən dadlı və həyəcanlı hadisəsində iştirak etməyə dəvət edir. Giriş saat 11:00-dan 23:00-dək sərbəstdir.

Xatırladaq ki, açıq havada ilk irimiqyaslı yemək festivalı "Baku Street Food Festival" mayın 19-dan 21-dək İçərişəhərdə keçirilib və bakılılarla turistlərin böyül marağına səbəb olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır