RED BULL SHAKH CARPET 2018
06 FEVRAL
508

RED BULL SHAKH CARPET 2018

Red Bull Shakh Carpet - qışın ən macəralı, şən və ekstremal yarışması 18 fevral 2018-ci il tarixində Şahdağ Turizm Kompleksində keçiriləcək.

Artıq ənənəyə çevrilən və hərfi mənası “Xalçaların Şahı” olan yarışmanın əsas ideyası ondan ibarətdir ki, müxtəlif kostyumlar geyinib, dağdan enmək üçün istənilən vasitələrlə təchiz olunan iştirakçılar enişin sonunda kiçik tramplinin üzərindən hovuza atlanırlar. Əsası odur ki, iştirakçıların yarışma üçün düzəltdikləri xüsusi hərəkət vasitələrinin əsas elementi mütləq XALÇA olmalıdır! Velosiped, maşın və ya təkərlə olunan vasitə ilə iştirak etmək qadağandır.

Soyuq bir qış gününü qızmar ab-havada keçirmək isdəyirsinizsə möhtəşəm yarışmanı qaçırmayın.

Maraqlananlar  012 505 15 41; 050 511 15 21 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır