Fevral ayında Dubayda nə etmək olar?
07 FEVRAL
389

Fevral ayında Dubayda nə etmək olar?

Dubayda heç bir ay darıxdırıcı keçmir. İlin hansı vaxtının olmasından asılı olmayaraq Dubayda hər zaman nə isə baş verir. Fevral ayı üçün Dubayda ən yaxşı əyləncə proqramlarını və maraqlı tədbirləri sizlər üçün təqdim edirik.

"Emirates Hava Yolları Dubay Caz Festivalı", "Virgin Radio RedFest DXB" kimi tədbirlərin keçirildiyi fevral ayı musiqi ayıdır və məhz bu ayda Mariah Carey, Enrique Iglesias, Tom Jones, The Veronicas, Mike Posner, Alessia Cara və başqaları Dubaya gəlir. Bundan əlavə, bu mövsüm öz dad reseptorlarınıza hər il təşkil edilən kulinariya karnavalı olan çoxsaylı qastronomiya nümunələrinin təklif edildiyi Dubai Food Festival ilə bayram yaşatmaq üçün əsl vaxtdır. Eyni zamanda, idman həvəskarları da Dubai Duty Free Tennis Çempionatındakı dünyanın ən tanınmış tennis çempionlarının bəzi oyunlarına tamaşa edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır