Dünyanın ən rəngli festivalı - HOLİ FESTİVALI
13 MART
747

Dünyanın ən rəngli festivalı - HOLİ FESTİVALI

Havaların istiləşməsi, çiçəklərin açması, bitki örtüsünün yenidən canlanması baharın inkişaf etdiyinin müjdəçisidir. 
Baharın gəlişi qeyd olunurmu? Hindlilər bu suala "təbii ki qeyd olunur" cavabını vermiş olacaqlar ki, baharın gəlişini Holi Festivali, digər adıyla Rənglərin Festivalı adıyla qeyd edirlər.
Festival adına yaraşar bir şəkildə  mart ayında reallaşır. Hind xalqı küçələrdə ağappaq paltarlar geyinir və bir-birlərinə rəngarəng toz və maye boyalar atırlar. İnanca görə, bu rəngləmə "təbiətin oyanışını" simvollaşdırır. Bu arada qeyd etmək lazımdır ki Holi Festivalı boyu hər kəs, rəngarəng rəngə boyanmış halda gündəlik həyatına davam edir və bunun şans gətirdiyinə inanırlar.

Holi Festivalı zamanı, sosial sinif və dini fərqlər tamamilə aradan qalxar. Festivalının məqsədi hansı mədəniyyətə və ya inanca bağlı olduğu fərq etmədən bütün insanları bir araya gətirməkdir.

Holi Festivalında təşkil olunan toz atma mərasimi öncəsi bədənə nəmləndirici sürtülməsi təklif edilir. Bu sayədə toz bədəndən daha asan şəkildə çıxır. 

Image result for holi festivali
Image result for holi festivali
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır