Tomorrowland festivalı bu tarixlərdə reallaşacaq
27 MART
279

Tomorrowland festivalı bu tarixlərdə reallaşacaq

Tomorrowland dünyanın ən böyük elektronik musiqi festivallarından biridir. Belçikanın Boom şəhərində reallaşan festivala 2005-ci ildən bəri hər il bütün dünyadan 400.000-dən çox adam qatılır.

Niyə Tomorrowland?

Çünki çox dinamik, canlı, gənc, azad bir atmosferə sahib və dünyanın ən nüfuzlu musiqi festivallarından biri olaraq göstərilir. Yüksək musiqi, işıq, səs və lazer şoularıyla mütləq yaşanması lazım olan bir təcrübədir.

Tomorrowland hər il İyul ayında 3 gün olaraq baş tutur.  Bu il 20-22 və 27-29 İyul 2018-ci il tarixləri arasında gerçəkləşəcək. Biletlər artıq fevral ayından satışa çıxarılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır