İtaliyanın ən məşhur bayramı - VENESİYA KARNAVALI
17 APREL
596

İtaliyanın ən məşhur bayramı - VENESİYA KARNAVALI

Karnaval  böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhəri Yer kürəsinin bütün guşələrindən turistlər gəlir. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir və karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər olur.

Qeyd edək ki,  orta əsrlərdə italiyalılar pasxa bayramı başlamadan Venesiyaya toplaşar,  günlərlə yeyib içib əylənərmiş. Bu ənənənin davamı olan Venesiya karnavalının diqqət çəkən məqamlarından biri isə iştirakçıların hamısının üzlərini maska ilə gizlətməsidir.  Bunun da maraqlı səbəbi var. Belə ki, hər kəsin üzü gizli qaldığından kimin varlı, kimin kasıb olduğunu anlamaq olmur, bu səbəbdən də hamı bərabər səviyyədə əylənə bilir. İkinci bir tərəfdən həmin maska istənilən iştirakçıya utanıb-çəkinmədən istədiyi şəkildə  çılğınlıq etməyə də fürsət yaradır.

Venesiya Karnavalı 2019 tarixləri 16 fevral - 5 mart ayına təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır