ЖАРА '18 Beynəlxalq Musiqi Festivalına sayılı günlər qalıb? - BİLET QİYMƏTLƏRİ
13 İYUL
1313

ЖАРА '18 Beynəlxalq Musiqi Festivalına sayılı günlər qalıb? - BİLET QİYMƏTLƏRİ

Xəzər dənizinin sahilindəki “Sea Breeze” istirahət mərkəzində iyulun 26-27-28-29-da keçirilən ЖАРА '18  (İsti günlər) Beynəlxalq Musiqi Festivalı paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşadacaq.

İyulun 26-sı festivalın açılış mərasimində isə Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Belə ki, bu festivala biletlərin qiyməti 50 - 500 manat arası dəyişir. Biletləri şəhərin bütün kassalarından əldə edə bilərsiz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır