Sabah “Elektra Events Hall”-da “Nəfəs festivalı” keçiriləcək - ƏTRAFLI
23 MAY
778

Sabah “Elektra Events Hall”-da “Nəfəs festivalı” keçiriləcək - ƏTRAFLI

Mayın 24-ü saat 20:00-da məşhurların iştirakı ilə “Nəfəs festivalı” adlı möhtəşəm konsert proqramı keçiriləcək.

Turizm.fins.az-ın məlumatına görə, “Elektra Events Hall”-da təşkil olunacaq konsertdə səhnəmizin məşhur sənətçilərinin iştirakı nəzərdə tutulur. Belə ki, məşhurlardan Murad Arif, Elnarə Xəlilova, Ramil Nabran, Nigar Muharram, Samira Allahverdi, Ayaz Babayev, Nadir Nəğd Pul, Natəvan Həbibi, Qurd, Nura Suri, Rauf Əhmədov, Kazım Can, Elnar Xəlilov, Sima Nəsirova, Orxan Rəhimzadə, Aysel Əlizadə, Nahidə Babaşlı, Emil Bədəlov, MC Kərim, DJ Çina, DJ Fanur və DJ Ququ konsertdə iştirak edəcəklər.

Qeyd edək ki, festival xeyriyyə məqsədlidir və əldə olunan gəlir Tural Hacıyev üçün “Onu Sən Yaşat!” devizi ilə başlanan xeyriyyə aksiyasına yönləndiriləcək.

Biletləri şəhərin bütün mərkəzi kassalarından və ASAN Xidmət mərkəzlərindən 20 manata əldə edə bilərsiniz. Daha ətraflı məlumatları www.xeyirxah.com saytından və 077 288 36 66 mobil nömrəsinə zəng etməklə əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır