Azərbaycan Türkiyədə keçiriləcək qısametrajlı film festivalında iştirak edəcək
16 AVQUST
230

Azərbaycan Türkiyədə keçiriləcək qısametrajlı film festivalında iştirak edəcək

"Dostluq" beynəlxalq qısametrajlı film festivalı dekabrın 14-16-da Türkiyədə keçiriləcək.

Turizm.fins.az "Anadolu"ya istinadən xəbər verir ki, festival "Balkon Film" prodüser mərkəzinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi və Türkiyə Prezidenti Administrasiyasının himayəsi altında baş tutacaq.

Qeyd edilir ki, Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş, Venesuela, Sloveniya və Tayland kimi müxtəlif ölkələrin kinostudiyaları festivalda iştirakda maraqlıdırlar.

Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır