Bakıda “Zima” Beynəlxalq Uşaq Festivalı keçiriləcək
22 YANVAR
1113

Bakıda “Zima” Beynəlxalq Uşaq Festivalı keçiriləcək

Bakıda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və “Beat Group”un təşkilatçılığı ilə uşaqlar üçün sayca ikinci dəfə “Zima” Beynəlxalq Estrada Mahnı Festivalı start götürüb.

Turizm.fins.az xəbər verir ki, 3 ay ərzində kastinqlərdən uğurla keçən 6-16 yaş arası uşaqlar 16 fevral 2019-cu ildə Heydər Əliyev Sarayında qala konsertdə səhnəyə çıxacaq.

Layihə üzərində peşəkar mütəxəssislər qrupu çalışır. Onların sırasında quruluşçu rejissor, əməkdar incəsənət xadimi Ülviyyə Könül. Musiqi prodüseri Rüstəm Rzayev, vokal müəlliməsi, Ukraynanın əməkdar artisti Rimma Şapovalova var.

İTV-nin Musiqili-Bədii və Xüsusi Layihələr Departameninin rəhbəri Leyla Quliyeva beynəlxalq statuslu layihəyə xaricdən olan uşaqların da qatılacağını vurğulayıb.

“Zima” Beynəlxalq Estrada Mahnı Festivalına qatılmaq üçün Hər hansı bir dildə ən sevimli mahnını oxumaq və videoya çəkmək, daha sonra isə görüntünü (050) 238 08 08 “WhatsApp” nömrəsinə göndərmək lazımdır.

Tarix: 16 Fevral, 19:00
Bilet: 15-150 AZN
Heydər Əliyev Sarayı
Əlaqə: (+994 12) 498 84 67

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır