İtaliyanın ən məşhur VENESİYA KARNAVALINA sizdə şahid olun - VİDEO
21 YANVAR
1264

İtaliyanın ən məşhur VENESİYA KARNAVALINA sizdə şahid olun - VİDEO

Karnaval  böyük ehtimalla Venesiyanın ən məşhur bayramı hesab olunur. Karnaval zamanı şəhəri Yer kürəsinin bütün guşələrindən turistlər gəlir. Karnavalın əsas tədbirləri Müqəddəs Mark meydanında keçirilir və karnaval çərçivəsində rəqs gecələri, konsertlər, paradlar və digər maraqlı tədbirlər olur.

Qeyd edək ki,  orta əsrlərdə italiyalılar pasxa bayramı başlamadan Venesiyaya toplaşar,  günlərlə yeyib içib əylənərmiş. Bu ənənənin davamı olan Venesiya karnavalının diqqət çəkən məqamlarından biri isə iştirakçıların hamısının üzlərini maska ilə gizlətməsidir.  Bunun da maraqlı səbəbi var. Belə ki, hər kəsin üzü gizli qaldığından kimin varlı, kimin kasıb olduğunu anlamaq olmur, bu səbəbdən də hamı bərabər səviyyədə əylənə bilir. İkinci bir tərəfdən həmin maska istənilən iştirakçıya utanıb-çəkinmədən istədiyi şəkildə  çılğınlıq etməyə də fürsət yaradır.

Venesiya Karnavalı 2019 tarixləri 16 fevral - 5 mart ayına təyin olunacaq.

Venesiya karnavalında möhtəşəm şou proqramların şahidi olmaq istəyirsinizsə Baku Holiday Travel şirkəti bu 15.02.2019 - 20.02.2019 tarixlərdə tur təşkil edir. Turun qiymətinə aviabilet (Aeroflot), oteldə 5 gecə 6 gün qonaqlama, səhər yeməyi və sığorta daxildir. Turun qiyməti isə otellərdən asılı olaraq dəyişir və aşağıdakı kimidir.

Hotel Il Mercante di Venezia 3* – 989 usd

Hotel Hesperia 3* - 1012 usd

Hotel Continental 4* - 1129 usd

Hotel Amadeus 4* - 1155 usd

Ca' Sagredo Hotel 5* - 1329 usd

Boscolo Hotel Dei Dogi 5* - 1435 usd

Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd edilib. Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur. Ətraflı məlumat əldə etmək istəyənlər telefon 055 212 08 03; 012 599 88 99 nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır