Dünyanın ən rəngli "Holi" festivalına sizdə şahid olun
19 DEKABR 2018
296

Dünyanın ən rəngli "Holi" festivalına sizdə şahid olun

Azərbaycan və digər türk dövlətlərində baharın gəlişini Novruz bayramı ilə qeyd edirik. Bizim kimi dünyanın bir çox yerində də festivallarla baharın gəlişi qeyd olunur. Bu bayramlardan ən rənglisi isə Hindistanda keçirilən rəng festivalı Holidir.

Holi, digər adlarıyla Dol Jatra, Basantotsav ya da sadəcə rəng festivali ənənəvi bir Hind festivalıdır. Hər il qışın bitməsi ilə bərabər, martın sonlarında vaxtı qeyd olunan festival digərlərindən çox fərqlidir. Şənlik alovları və dualar ilə başlayan festival, hər kəsin bir birinə rəng tozu atması ilə davam edir. Baharı gəlməsi ilə rəngarəngliliyi və təbiətin oyanışını göstərən bu ritual dünyanın fərqli yerlərində də qeyd olunur.

Sizdə dünyanın ən rəngli festivalının canlı şahidi olmaq istəyirsinizsə Baku Holiday travel şirkəti sizlərə bu fürsəti yaradır. Belə ki, 17.03.19 – 22.03.19 tarixlərində Hindistana tur təşkil olunur. Turun qiyməti 856 dollardır. Qiymətə isə Aviabilet (Bakı-Dehli-Bakı), oteldə 7 gecə 8 gün qonaqlama, qidalanma( səhər yeməyi), hava limanında qarşılama, kofortlu nəqliyyat, sığorta, proqram üzrə rus dilli bələdçi, Fillər və ya çiplər ilə Amber sarayına səyahət, Caypurda möhtəşəm bayram daxildir.

Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün qeyd edilib. Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.

Əlaqə:

+994 55 212 08 03
+994 12 599 88 99

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır