2019-cu ildə Azərbaycanda keçiriləcək festivallar və tədbirlər
28 YANVAR
2708

2019-cu ildə Azərbaycanda keçiriləcək festivallar və tədbirlər

Ölkəmizdə hər il keçirilən müxtəlif tədbirlər yerli əhali ilə yanaşı əcnəbilərin də olduqca marağına səbəb olur. Yenicə başa vurduğumuz 2018-ci ildə bir çox tədbirlər, seminarlar, festivallar və konsertlər olub. Bəs 2019-cu ildə bizi nə gözləyir? Hotels24.az 2019-cu ildə ölkəmizdə keçiriləcək eventlər barədə məlumat toplayıb.

“Baku Coffee and Tea Festival” 11-13 yanvar

11.01.2019-13.01.2019 tarixlərində üç gűnlűk festival ərzində şəhərin bűtűn çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi: Çay və qəhvə sənayəsinin, biznesin inkişafı űçűn keyfiyyətli fűrsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrűbə műbadiləsi. Festival çərçivəsində və Beynəlxalq Qəhvə birliyinin dəstəyi ilə (Specialty Coffee Association) barista arasında milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kolleqiya tərəfindən seçilərək Azərbaycanı 2019-cu ilin aprel ayında ABŞ-da keçiriləcək "World Barista Championship" (Klassik Barista Çempionatı) təmsil edəcək. Tədbir Passage 1901 –də keçiriləcək.

Sizi festivalda nələr gőzləyir:

⚬ Qəhvə və çay istehsalı ve idxalı ilə məşğul olan şirkətlərin sərgisi, aksesuarlar və avadanlıqlar.

⚬ Barista arasında milli çempionatlar

⚬ Aparıcı műtəxəssislər tərəfindən keçirilən seminar və master-klasslar

⚬ Qonaqlar űçűn brew bar

⚬ Istirahət zonası (lounge zona)

⚬ Uşaq əyləncə məkanı

⚬ Qida zonası

⚬ Barista Party (yalnız dəvətnamə ilə)

Tədbirdə qonaq qismində iştirak ődənişsizdir

"Gabalaxy" - 2 fevral 

"Gabalaxy" - elektron musiqi sevənlər üçün yeni platformadır. Musiqi və səyahəti bir arada yaşamaq istəyənlər Elnur və Dihaj Qəbələdə ulduzların altında "Gabalaxy" gecəsinin açılışını edəcək. Ronfoller, Bunbeck və xüsusi qonaq Tade isə səhərə qədər sizin üçün ifa edəcək. Tədbir fevralın 2-I 22:00-dan 06:00 kimi olacaq. Qiymətlər isə qalacağınızın oteldən asılı olaraq dəyişəcək.

“CELENTANO Tribute Show” - 13 fevral 

13 fevral Heydər Əliyev Sarayında bütün dünyada trend olan CELENTANO Tribute Show çıxış edəcək. Maurizio Schweizer - aktyor və müğənni, AdrianoCelentanonun "rəsmi əkiz"idir. Bu şou sizə Adriano Celentanonun konsertində olduğunuzu hiss etdirəcək. “Belə deyirlər”. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schweizer-in səhnə obrazına yetirilir. Onun bütün kostyumları Celentanonun kostyumlarının tam eynisi olur.İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsi və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilir.

Stand Up Show - 24 fevral

Fevralın 24-də Ruisiyanın məşhur yumor ustaları Nurlan Saburov, Stas Starovoytov, Timur Karqinov, Aleksey Şerbakov, Stand Up Show-su təşkil olunacaq. Konsert 19:00-da başyacaq. Biletlərin qiyməti 30-130 manat arasında dəyişir.

Caspian Realty 2019 20-22 fevral 

 

Bakı Ekspo Senterin ev sahibliyi edəcəyi növbəti tədbir isə daşınmaz əmlak və investisiya sərgisi Caspian Realty olacaq. 20-22 fevralda təşkil olunacaq sərgidə müxtəlif ölkələrdən olan şirkətlərin təmsilçiləri iştirak edəcək.

Arturo Sandaval 2 mart 

Martın 2-də 10 qat Qremmi mükafatçısı, Emmi lauriyatçısı, 6 dəfə Biboard mükafatçısıArturo Sandaval Heydər Əliyev sarayında çıxış edəcək. Biletlər ASAN –da şəhərin kassalarında və itecket də satılır. Qiymət isə 20-100 manat arasında dəyişir.

Jah Khalib - 10 mart

Bakı Konqres Mərkəzində məşhur ifaçı Jah Khalibin konserti keçiriləcək. 10.03.2019 də olacaq ki, bu konsertə də biletlərin qiyməti 40-200 manat arasında dəyişir. Konsertin başlama vaxtı 20:00-dı.

AITF 4-6 aprel 

Sayca 18-ci səyahət sərgisi 4-6 aprel tarixlərində Bakıda Ekspo Mərkəzdə keçiriləcək. Beynəlxalq status almış tədbirdə həmişəki kimi müxtəlif ölkələrdən nümayəndələr də iştirak edəcək.

 

HOREX Caucasus 2019 15-17 aprel

Otel, restoran və supermarketlərə həsr edilən sərgi, 15-17 apreldə keçiriləcək. Qeyd edək ki, bu sayca 13-cü tədbirdi.

 

Formula1 26-28 aprel 

 

26-28 aprel tarixlərində Bakıda növbəti Formula 1 yarışları start götürəcək. Həmişə olduğu kimi bu dəfə də sürət yarışının olduqca maraqlı olacağı gözlənilir.

Caspian Oil & Gas Conference 2019 30-31 may 

26-cı Beynəlxalq Neft – Qaz konfransına da Bakı ev sahibliyi edəcək. Tədbir 30-31 may tarixlərində Fairmont Bakıda keçiriləcək.

 

Avropa Liqası - 29 may 

 

Bu il ölkəmizdə baş tutacaq mötəbər tədbirlədən biri də 2018-2019-cı il futbol üzrə Avropa Liqasının final qarşılaşmasıdır. Matç 29 mayda Bakıda Olimpiya Stadionunda baş tutacaq.

Zhara-2019 25-28 iyul 

25.07.2019-28.07.2019 tarixlərində Jara festivalı keçiriləcək. Beynəlxalq musiqi festivalı həmişəki kimi Sea Breeze Resort da olacaq. Biletlərin qiyməti 50-150 min manat arasında dəyişir. Festivalın meydanında eyni vaxtda 10 min insan tutumuna malikdir. Hər il keçiriliən festivalda 90-dan şou biznes nümayəndəsi çıxış edir.

Qəbələ Mürəbbə Festivalı - 26 avqust 

Avqustun sonlarına yaxın 26-da VI Beynəlxalq Mürəbbə Festivalı keçiriləcək. Ötən il festivala 25 ölkədən komandalar, eləcə də ölkəmizdən 35-ə yaxın mürəbbə istehsal edən müəssisə qatılıb. Festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb, rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş etdirilib.

Quba Alma bayramı - 7 oktyabr 

Quba şəhərində 7 oktyabrda VI Alma bayramı keçiriləcək.Tədbir çərçivəsində adət-ənənələrimizi əks etdirən kompozisiyalar, milli rəqslər, rayonda becərilən alma sortları, bu meyvədən hazırlanan şirniyyatlar və içkilər nümayiş etdiriləcək. Qonaqlara ölkəmizin şimal regionunda yaşayan azsaylı xalqların mətbəxlərini və həyat tərzini əks etdirən stendlər təqdim olunacaq.

 

BakuBuild 2019 22-25 oktyabr

22-25 oktyabrda Bakı Ekspo Senterdə 25-ci Beynəlxalq Tikinti sərgisi keçiriləcək. Sərgidə Avropa, Asiyadan olan şiurkətlərin nümayəndələri iştirak edəcək.

Göyçay Nar Festivalı 3-4 noyabr

3-4 noyabr tarixində Göyçay rayonunda XIII Nar festivalı keçiriləcək. 2005-ci ildən keçirilən festivalda ölkəmizdə akkreditasiya olunan diplomatik korpusun nümayəndələri, yerli və xarici turistlər və media işçiləri iştirak edir. Festivalda nardan hazırlanan maraqlı əl işləri, milli musiqi, muğam və folklor nümunələri nümayiş olunur.

Nar bayramında rayonda nar məhsullarının istehsalı ilə məşğul olan müəssisələrin mallarından ibarət yarmarka, yerli fermerlər tərəfindən yetişdirilən müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgisi, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil edilir.

Xurma festivalı 4-5 noyabr

Noyabrın 4-5-də Balakən rayonunda Xurma festivalı təşkil olunacaq. Festival çərçivəsində ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların folklor kollektivlərinin çıxışları, rayonun adət-ənənələrini özündə əks etdirən mədəniyyət nümunələrinin geniş sərgilərinin təşkili və maraqlı konsert proqramı təşkil olunur.

Festivalda yerli və xarici qonaqlar üçün xurmadan hazırlanmış kulinariya məhsulları və kompozisiyaları, kənd təsərrüfatı məhsullarının sərgiləri nümayiş olunur.

Şərab festivalı - Dekabr

Dekabrın ortalarına isə Gəncə şəhərində V Beynəlxalq Şərab Festivalı keçiriləcək. Ötən il festivalda Gəncə, Qəbələ, Şəki, Tovuz, Şəmkir, Ağsu, Göygöl və Abşeron rayonlarında yerləşən şərab istehsalı müəssisələri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus, Moldova, Gürcüstan, Fransa, İtaliya, Bolqarıstan kimi ölkələrdən qonaqlar da iştirak ediblər.

Festival Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələri də öz məhsullarını nümayiş etdirmək üçün geniş imkanlar yaradıb. Tədbirdə dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələrinin iştirakı festivala olan marağın göstəricisidir.

 www.hotels24.az 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır