Berlində beynəlxalq kinofestival başlayır
07 FEVRAL
164

Berlində beynəlxalq kinofestival başlayır

Bu gün Almaniyanın paytaxtında 69-cu Berlin Beynəlxalq Kinofestivalı (Berlinale) başlayır.

Turizm.fins.az "İnterfaks"a istinadən xəbər verir ki, bu il Berlinalenin əsas proqramına 25 ölkədən 23 film daxildir. Onlar arasında Fransua Ozon, Aqnyoşka Holland, Fatih Akın, Çjan İmou, Anyes Vard, Yuval Adler və başqalarının əsərləri var.

Festival danimarkalı rejissor Lone Şerfiqin "Yadların yaxşılığı" filmi ilə başlayacaq.

Qeyd edək ki, Berlinale Kann və Venesiya festivalları ilə birlikdə dünyanın ən nüfuzlu film festivallarından sayılır. O, 1951-ci ildən keçirilir. Onun əsas mükafatı "Qızıl ayı"dır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır