“Jara-2019”da iştirak edəcək ulduzların adları açıqlandı
12 FEVRAL
469

“Jara-2019”da iştirak edəcək ulduzların adları açıqlandı

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçiriləcək “Jara-2019” beynəlxalq musiqi mərasimində iştirak edəcək Rusiya şou-biznesinin məşhur simalarının adları açıqlanıb.

Bu barədə məlumat “Jara”nın rəsmi “Instagram” hesabında paylaşılıb.

Bildirilir ki, iyulun 25-dən 28-dək keçiriləcək musiqi gecəsinin açılışında Filipp Kirkorov, Loboda, EMİN, Olqa Buzova, Burito, Manatik, NK kimi məşhur müğənnilər çıxış edəcəklər.

“Jara-2019”un ikinci günü “Lyube” qrupunun 30 illiyinə həsr olunacaq. Qrupla bərabər, “İvanuşki international”, “Fabrika” qrupu, Viktoriya Dayneko, “Qorod 312” qrupu səhnəni paylaşacaqlar.

Daha sonra mərasimdə Filipp Kirkorov, Mitya Fomin, Alyona Apina, Nataşa Korolyova, həmçinin “Ruki vverx”, Hi-Fi, “Diskoteka Avariya”, Na-Na və “Otpetıye moşenniki” qrupları ifaları ilə gecəni coşduracaqlar.

İyulun 27-si Rusiyanın məşhur ulduzu Qriqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi keçiriləcək.

“Jara-2019”un sonuncu günü isə yeni nəslin dinlədiyi müğənnilər - Jah Khalib, HammaAli & Navai, Lyoşa Svik, Tima Belorusskix, CYGO, “Black star” leybl altında fəaliyyət göstərən məşhurların çıxışları nəzərdə tutulur.

Qeyd edək ki, “Jara” beynəlxalq musiqi festivalı ilk dəfə Azərbaycanda 2016-cı ildə keçirilib. Festival günlərində Rusiya ilə yanaşı, Azərbaycan estradasının ən parlaq ulduzları iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır