ЖАРА'19 Musiqi Festivalı Dubayda
16 APREL
327

ЖАРА'19 Musiqi Festivalı Dubayda

“Жара ТВ” və Berin Iglesias Art, parlaq və geniş miqyaslı "JARA" beynəlxalq festivalını təqdim edir. 

May ayının 3-ü Dubayda bölgənin ən yaxşı otellərindən biri olan "Rixos Premium Dubai JBR" ərazisində keçiriləcək.

Tədbir saat 20:00-da başlayacaq, qonaqlar 18:30-da toplanacaq. Festival 4 saat davam edərək, 00:00-da bitəcək.

Yaş məhdudiyyəti 12+

Tədbirin rəsmi daşıyıcısı - "Fly Dubai" aviaşirkətidir.

Fars körfəzinin sahillərində festival üçün açıq havada xüsusi səhnə inşa ediləcək. Brendin ənənəsinə görə, tədbirin qonaqlarını uzun müddətli konsert proqramı, ən yaxşı artistlərin çıxışı, parlaq bir şou və yalnız canlı ifa gözləyir!

May ayın 3-də Grigoriy Leps, EMIN, Vrema I Steklo, Leonid Agutin, Valeriya, Ivanushki International, Maruv, Artik & Asti, Aleksandr Panayotov, Olga Buzova, Albina Canabaeva, Slava, Rodriguezzz, Yulianna Karaulova və Elina Çaga səhnəyə çıxacaqlar.

"JARA" festivalı qonaqları üçün masa arxasında yerlər, həmçinin rəqs-parter və səhnənin önündə FAN ZONA ərazisindəyerlər təklif olunur. Ərazidə içki və qida almaq üçün vauçer sistemi ilə iki bar mövcuddur.

Masaarxası yerləri seçən qonaqlar üçün 6 kateqoriyaya bölünən masa siyahısı təklif olunur:

SILVER (8 qonaq / masa, 1 şüşə şampan, «Grey Goose» daxildir) 
GOLD (10 qonaq / masa, 2 şüşə şampan, 1 ədəd «Grey Goose» vodka daxildir). 
PLATINUM (10 qonaq / masa, 2 şüşə şampan, 1 şüşə şüşə «Magnum Grey Goose» daxildir). 
ARTIST GOLD (10 qonaq / masa, 2 şüşə şampan, 1 şüşə şüşə «Magnum Grey Goose» daxildir). 
ARTIST PLATINUM (10 nəfər / masa, 2 şüşə şampan, 1 şüşə «Magnum Grey Goose»). 
ARTIST VIP (8 qonaq / masa, 2 şüşə şampan, 1 şüşə «Magnum Grey Goose»).

Bütün masalar meyvə və yüngül yeməklər ilə təmin edilir və menu seçimi mümkündür.

May bayramları ənənəvi olaraq yay mövsümünü “open air” tədbirlərlə açır. 
Dubayda "Jara" festivalı yüksək səviyyədə təşkil edilir: möhtəşəm artistlər, heyrətamiz məkan, unudulmaz anlar və minlərlə razı tamaşaçı 3 May brendin tarixinə yeni bir səhifə əlavə edəcək.

Vauçeri biletə dəyişmək haqqında məlumatı müəyyən edildikdən sonra əldə edə biləcəksiniz.

Tarix: C. 3.05.2019 20:00

Ünvan: Rixos Premium Dubai JBR

Bilet: 205 – 1280 manat

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır