Bakıda ilk dəfə "Organic Food Festival" keçiriləcək
21 MAY
410

Bakıda ilk dəfə "Organic Food Festival" keçiriləcək

Azərbaycanda ilk dəfə həyata keçiriləcək Organic Food Festival 2019 layihəsi hər il ənənəvi olaraq yay mövsümünün başlanması münasibəti ilə Dənizkənarı Milli Parkda təşkil olunacaq. Layihənin məqsədi dövlətimizin yürütdüyü uğurlu iqtisadi siyasətin davamı olaraq Made in Azerbaijan-ın təşviqində iştirak etmək, həmçinin ölkəmizdə satışı həyata keçirilən insan sağlamlığına zərəri olmayan ekoloji sağlam qida və içkilərin mövcud və potensial müştərilər ilə birbaşa ünsiyyət quracağı əyləncəli açıq hava festivalının təşkilidir.

Festivalda həmçinin qida sənayesi üzrə yerli və beynəlxalq avadanlıqlar, qida və qida mədəniyyəti ilə bağlı müxtəlif məhsul və xidmətlər nümayiş etdiriləcək. Organic Food Festival 2019 layihəsi sektora aid mövcud əlaqələrin gücləndirilməsi, yeni işgüzar əlaqələrin qurulması üçün də yeni uğurlu platforma olacaqdır.

Festivalda Sizi nələr gözləyir?

Ekoloji sağlam qida və içki (spirtli, spirtsiz) markaları ilə yaxından tanışlıq;
Əyləncə;
Yeni organic qida məhsullarının kəşfi;
Musiqi;
Hər zaman alış-veriş etdiyiniz mağazalar şəbəkələri ilə yaxından tanışlıq;
Sevdikləriniz və dostlarınızla dincəldiyiniz restoranlar şəbəkələrinin aşbazlarından master klaslar;
Saysız-hesabsız hədiyyələr və s.

Giriş sərbəstdir.

Stend rezervasiyası: www.foodfestival.az
Tel.: +994557761110

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır