Gədəbəydə el şənliyi - MİLLİ YAYLAQ FESTİVALI KEÇİRİLƏCƏK
30 MAY
1169

Gədəbəydə el şənliyi - MİLLİ YAYLAQ FESTİVALI KEÇİRİLƏCƏK

İyulun 10-dan avqustun sonlarına kimi Gədəbəy rayonunda “Qanlı Körpü”adlanan tarixi abidənin yanında ilk dəfə olaraq Milli Yaylaq Festivalı keçiriləcək. Gədəbəy Rayon İcra hakimiyyətindən bildirilib ki, festival 2 ay müddətində gündəlik olaraq keçiriləcək. İyulun 26-dan isə festival çərçivəsində 3 gün ardıcıl olaraq təntənəli el şənliyi təşkil olunacaq.
 
Festivalda «Yaylaq bazarı» adı altında satış yarmarkaları da təşkil olunacaq. Məlumata görə, tədbirin tərəfdaşları Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyidir.
 
Festivalda tematik bazarlar olacaq. Dulusçuluq, gəvə toxuma, kənd təsərrüfatı malları, yaylaq məhsulları və s. ilə məşğul olan şəxslər bu bazarlarda öz məhsullarını sata bilərlər deyə İH-dən bildirilib.
 
Festivala giriş sərbəst olacaq. Etno qəsəbədə təşkil oluncaq mədəni konsertlərə baxmaq da ödənişsizdir. Burada insanların qidalanması üçün səyyar kafe tipli yerin açılması nəzərdə tutulur. Tədbirdə iştirak etmək istəyən sahibkarlar isə Milli Yaylaq Festivalının yaxın günlərdə istifadəyə veriləcək MY.az adlı saytı və ya sosial şəbəkələr vasitəsi ilə öz iştirak istəklərini bildirə bilərlər.
 
Tədbiri Cavad Xan Tarix və Mədəniyyət Fondu , «Kəpəz fərqli turizm» MMC təşkil edir. Həmçinin Türk Əməkdaşlıq Kordinasiya Agentliyi (TİKA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) kimi təşkilatlar da bizə dəstək verənlər sırasındadır deyə Cavad Xan Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti və Milli Yaylaq Festivalının təşkilat komitəsinin rəhbəri Müqabil Həsənov bildirirb.
 
Məlumata görə, ümumilikdə tədbr üçün 12 hektardan çox ərazi ayrılıb. Burada gənclər üçün kamplar qurulacaq, süvari düşərgəsi təşkil olunacaq.
 
Almaniya Beynəlxalq Əməkdaşlıq təşkilatının (GİZ) Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək layihəsi həmçinin adı çəkilən layihənin regional kordinatırı Fariz Qarayev bildirib ki, festivalı təşkil olunmasında bir neçə məqsəd var. Birincisi Gədəbəy rayonun turizm potensialının təbliğ və təşviq olunmasıdır. Fariz Qarayevin sözlərinə görə, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonların İqtisadiyyat nazirliyi ilə birlikdə GİZ,  iqtisadi inkişaf planını hazırlayıb. Bu plana 9 rayon və 2 şəhər daxil olduğu bildirilir.
 
Gədəbəy rayon inkşaf planında turizm potensialının inkişaf etdirilməsi üçün təbliğat təşviqat eyni zamanda brendiq məsələləri durur. «Təbliğat təşviqat məsələlərindən biri kimi turizm festivallarının keçirilməsi əsas məqsəd hesab olunur»- deyə GİZ nümayəndəsi bildirirb.

FED.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır