Bakıda Avropa Gənclər Olimpiya Festivalını 27 ölkə işıqlandıracaq
08 İYUL
276

Bakıda Avropa Gənclər Olimpiya Festivalını 27 ölkə işıqlandıracaq

21-27 iyulda Bakıda keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalında 3600-ə yaxın idmançı və komanda rəsmiləri iştirak edəcək.

Turizm.fins.az xəbər verir ki, bu yarışlarda 10 idman növü üzrə 12 idman obyektindən istifadə olunacaq.

Yarışlar zamanı 136 media könüllü fəaliyyət göstərəcək. Azərbaycan da daxil olmaqla, 27 ölkədən 351 media əməkdaşı bu yarış üçün qeydiyyatdan keçib. Bunlardan 84-ü beynəlxalq, 267-si isə yerli media nümayəndəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır