Bakı siqarsevərləri bir araya gətirdi
16 SENTYABR
344

Bakı siqarsevərləri bir araya gətirdi

Sentyabırın 13-də Bakıda ilk “Bakı Beynəlxalq Siqar Festivalı” start götürüb.

Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən festivala MDB və Avropanın bir sıra ölkələrindən 100-ə yaxın siqarsevər qatılıb.

Bakı Siqar Klubunun təşkilatçılığı ilə baş tutan festival 3 gün davam edəcək. Festival müddətində iştirakçılar üçün bir-birindən maraqlı və əyləncəli proqramlar keçiriləcək.

Eyni zamanda, festival çərçivəsində qonaqların Bakı haqqında ətraflı məlumatlandırılması məqsədilə paytaxtın tarixi-mədəni, gəzməli-görməli yerlərinə səfərlər təşkil olunacaq.

Qonaqlara, həmçinin Azərbaycanın milli mətbəxi, insanların qonaqpərvərliyi haqda geniş informasiya verilib.

Xatırladaq ki, Bakı Siqar Klubu ötən il Avropanın ən yaxşı klubu elan edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır