"Oktoberfest" PİVƏ festivalında nələr baş verir - ƏTRAFLI
25 SENTYABR
429

"Oktoberfest" PİVƏ festivalında nələr baş verir - ƏTRAFLI

Oktoberfest – Almaniyanın  Münhen şəhərində  ənənəvi olaraq sentyabrın sonu - oktyabrın əvvəlində təşkil edilən bir xalq pivə festivalıdır. Bu festival belə tədbirlər arasında ən məşhurlarındandır. Hər il təxminən 5-6 milyon insan bu festivalı  ziyarət edir.

"Oktoberfest" sözü oktyabr şənliyi kimi tərcümə olunur.  Festivalın açılışını, şəhərin meri ənənəvi olaraq “O zapft is” adlı hərəkətlə ilk pivə çəlləyini açıb ondan pivə içməklə başlayır. Tədbir hər il səhər 9-12 arası başlayır. Tədbir zamanı bizonlarla və atlarla qədim adət-ənənələrə uyğun olaraq şəhər meydanına pivə çəlləkləri gətirilir. Həmçinin instrumental musiqiçilərin müşaəti ilə parad keçirilir. Tədbir bir çox televiziya kanalları vasitəsilə birbaşa yayımlanır.

Hal hazırda festival davam edir və sentyabrın 21-dən başlayan festival Oktyabrın 6-na kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır