Barselonada Beynəlxalq Caz Festivalı keçiriləcək
11 OKTYABR
444

Barselonada Beynəlxalq Caz Festivalı keçiriləcək

Oktyabrın 20-də İspaniyanın Barselona şəhərində Beynəlxalq Caz Festivalı (Festival Internacional de Jazz de Barcelona) keçiriləcək.

Bu, dünyada ən məşhur caz festivallarından biridir.

Festival hər il oktyabr-dekabr (20/10/2019 – 21/12/2019) aylarında keçirilir. Çünki təşkilatçılar hesab edirlər ki, payız bunun üçün ən uyğun vaxtdır – bürkülü yaydan sonra şəhərdə turistlər azalır.

Ümumiyyətlə, bütün Avropada çoxlu sayda caz festivalları keçirilir, amma festivallar içərisində miqyasına görə ən çox Barselona festivalı diqqət çəkir. Festival iki ay davam edir və bu müddət ərzində hər gün konsertlər keçirilir.

Festival ilk dəfə 1966-cı ildə keçirilib. Zamanla bu caz bayramı böyüyərək, dünya caz mədəniyyəti tarixində hadisəyə çevrilib. Hər il bu tədbirlərdə 50 mindən çox insan iştirak edir.

Festival çərçivəsində konsertlər və tamaşalar hər gün şəhərin müxtəlif səhnələrində və meydanlarında keçirilir.

Festivalda iştirak etmək istəyənlər biletləri orta hesabla 5 ilə 35 avro arasında əldə edə bilərlər.  Ancaq ən yaxşı çıxışlar üçün qiymət 150-200 avroya qədər dəyişə bilər. Küçə tamaşaları ümumiyyətlə pulsuzdur.

Eləcə də bax: Barselona otellərində QİYMƏTLƏR 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır