Azərbaycanlı aşpazlar qastronomiya festivalında iştirak edəcəklər
08 OKTYABR
264

Azərbaycanlı aşpazlar qastronomiya festivalında iştirak edəcəklər

Azərbaycanlı aşpazlar oktyabrın 9-da Dağıstanda keçiriləcək ilk beynəlxalq "Q.A.RD" qastronomiya festivalında iştirak edəcəklər.

Bu barədə Turizm.fins.az "Report"a istinadən xəbər verir.

Təşkilatçıların sözlərinə görə, festival üç mədəniyyəti - Gürcüstan, Azərbaycan və Dağıstanı birləşdirmək məqsədi daşıyır.

Tədbirdə üç mədəniyyətin aparıcı aşpazlarının kulinariya bacarıqlarını nümayiş etdirə biləcəkləri müsabiqələr keçirilməsi planlaşdırılır.

Ənənəvi olaraq festivalın qonaqları yeməkləri dadmaq imkanı qazanacaqlar.

Festival proqramına həmçinin ziyarətçilərin müxtəlif çeşidli Dağıstan pendirləri, bal, çay və digər məhsullarını ala biləcəyi sərgi platformalarının keçirilməsi də daxildir. Eyni zamanda qonaqlar üçün rəqs qruplarının və Dağıstanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı təşkil ediləcək.

Festivalın kulminasiya nöqtəsi Gürcüstan və Azərbaycana səyahət paketlərinin və Dağıstanın görməli yerlərinə səfərin oynanılması olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır