AZAL-dan yeni aksiya – 2-ci BİLET PULSUZ
12 APREL 2016
862

AZAL-dan yeni aksiya – 2-ci BİLET PULSUZ

"Azərbaycan Hava Yolları" (AZAL) artıq aprelin 15-dən etibarən yerinə yetirilməyə başlanacaq Bakı və Milan arasında reyslərdə yeni aksiyaya start verdiyi barədə elan edir. 

Aprelin 12-dən iyunun 7-dək olan müddətdə Bakı-Milan-Bakı və Milan-Bakı-Milan marşrutu üzrə iki gediş-dönüş aviabileti alarkən ikinci aviabiletə görə inzibati yığımlar istisna olmaqla ödəniş tutulmayacaq. 

Uçuşların müddəti: 15 aprel - 7 iyun, 2016-cı il. 

Aksiya çərçivəsində alınan aviabiletlər eyni bir reysə və xidmət sinfinə aid olmalıdır. Aksiyanın şərtlərinə əsasən, aviabiletlər yalnız birlikdə dəyişdirilə bilər. 

Bundan əlavə, aksiya dövründə Milana uçan AZAL Miles proqramı iştirakçıları iki dəfə çox status və səyahət balları qazana biləcəklər. 

AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: https://www.azal.az/az/azal-miles/miles-programme

Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilər: http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az 

Biletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır