Türkiyədə 5 ulduzlu hotel 10 dollara düşdü
15 APREL 2016
2016

Türkiyədə 5 ulduzlu hotel 10 dollara düşdü

Türkiyədə Dorak Holding, daxili turizmin canlandırılması üçün “Ramada Cappadocia”  hotelində gecəlik qonaqlama qiymətlərini  29 TL-yə (10 dollar) kimi aşağı salıb.Bu qiymət mayın 15-dən iyun ayının 15-nə kimi qüvvədədir. Amma bu qiymətə yemək xərcləri daxil deyil.Holdinqin  açıqlamasına görə, kampaniya daxili turizmin canlandırılmasına üçün bölgə sahibklarına dəstək məqsədilə həyata keçirilir. Belə ki, turistlər  hotelin restoranları  bağlı olacağı kampaniya müddətində  yemək və əlavə xidmətlərlə bağlı digər turizm obyektlərinə müraciət edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır