Azərbaycan Türkiyə və Misirin "bazarını öldürəcək"
19 APREL 2016
589

Azərbaycan Türkiyə və Misirin "bazarını öldürəcək"

Azərbaycan rusiyalı turistlər üçün Türkiyə istiqamətini əvəzləyə bilər. Fins.az xəbər verir ki, bunu Azərbaycan Turizm Assosiasiyasının Xarici turizm komitəsinin rəhbəri, "Summer Tour" turoperatorunun direktoru Ayxan Allazlı deyib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında vəziyyətin gərginləşməsini, eləcə də Rusiya turoperatorlarının Misirə getməmək tövsiyələrini nəzərə alaraq, Azərbaycan yaranmış vəziyyətdən istifadə edərək rusiyalı turistləri cəlb edə bilər.

A.Allazlı qeyd edib ki, hazırda şirkətlərimiz rusiyalı şirkətlərlə görüşərək Azərbaycanı fəal reklam edirlər: "Mədəniyyət və Turizm Nazirliyinin artıq Rusiyada nümayəndəliyi var. Nümayəndəlik Moskvada, Kazanda və digər şəhərlərdə bir sıra təqdimatlar keçirib. Bundan başqa, Rusiya mətbuatı və turizm agentliklərinin nümayəndələri Azərbaycana dəvət olunub".

Mənbə: "Trend"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır