“Qatar Airways”dan Bakıdan uçuşlara - 35%-DƏK ENDİRİM
22 APREL 2016
559

“Qatar Airways”dan Bakıdan uçuşlara - 35%-DƏK ENDİRİM

“Qatar Airways” aviaşirkəti Bakıdan Asiya istiqamətində olan uçuşlara endirim kampaniyası tətbiq edir.

“Qatar Airways” aviaşirkətindən  bildirilib ki, şirkət Bangkok, Kolombo, Denpasar, Phuket, Kuala-Lumpur və Sinqapur istiqamətində Bakıdan səyahət edən müştərilərinə 35 faizə qədər endirim təklif edir.

Endirim kampaniyası aprelin 20-30-u tarixlərində satılan biletlərə şamil edilir və səyahət müddəti aprelin 20-dən dekabrın 15-nədəkdir.

Müştərilər endirimli qiymətə biletlərini “qatarairways.com” saytından, “Qatar Airways” satış ofisindən və turizm agentliklərindən əldə edə bilərlər.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır