Məşhur istirahət mərkəzindən yay endirimi – ADAMBAŞI 15 MANAT
26 APREL 2016
5269

Məşhur istirahət mərkəzindən yay endirimi – ADAMBAŞI 15 MANAT

Azərbaycanın ən byöük istirahət mərkəzlərindən biri yay mövsümünü müştərilər üçün sürpriz endirimlə açmağa hazırlaşır. Söhbət Nabranda yerləşən məşhur «Atlant» İstirahət Mərkəzindən gedir. İstirahət mərkəzindən fins.az-a verilən məlumata görə, may ayının 1-dən başlayaraq ayın sonuna kimi adambaşı qiymətlər 15 manatdır.

Eləcə də bax: Azərbaycanın ən böyük istirahət mərkəzləri - TOP 10

Nəticədə kompleksdə 2 nəfərlik otağı sifariş etmək 30 manata, 4 nəfərlik otaq isə 60 manata başa gəlir. 6 yaşa qədər uşaqlara görə ödəniş edilmir. Belə ki, otaqlarda uşaqlar üçün əlavə çarpayı da yerləşdirilir. Bu qiymətə səhər yeməyi daxil deyil, onu da sifariş verənlər əlavə 5 manat ödəməli olacaqlar. Müştərilər bu qiymət müqabilində karusellərdən, tennis kortu, bilyard, futbol meydançasından və açıq havadakı trenajorlardan istifadə edə biləcək.

Eləcə də bax: Azərbaycanda ən ucuz hotellər –SİYAHI

Mayın 15-dən sonra isə «Atlantda» hovuzlar və bütün digər əyləncələr işə düşəcək. Ümumilikdə, istirahət mərkəzinin qonaqları 45 müxtəlif əyləncədən istifadə edə bilərlər. Bura böyüklər, kiçiklər və uşaqlar üçün hovuzlar, akvaparklar, diskotekalar, Venetsiya üslubunda qayıqla gəzintilər, idman – basketbol, futbol, voleybol meydançaları və sait aiddir. Bunlardan başqa, «Atlant»da kartinq, paintball, tir, gecə klubu, uşaqlar üçün elektrik mobil maşın və sair əyləncələr də var ki, bunlar ödənişlidir.

İstirahət mərkəzi yay mövsümündə gündə 3 dəfə yemək daxil olmaqla qiymətləri də açıqlayıb. Belə ki, gündə 3 dəfə yemək və yuxarıda sadalanan 45 növ ödənişsiz əyləncə daxil olmaqla mayın 15-dən iyunun 1-dək adambaşına qiymət 45 manat, iyunun 1-dən 15-dək 50 manat, iyunun 15-dən sentyabradək isə adambaşına 55 manat təşkil edəcək. Həftə sonlarında (kompleksə 5-ci və 6-cı gün gələnlər üçün) qiymətlər adambaşına 65 manat olacaq.

Amma həftə sonu üçün artımlar bura uzun müddətli (azı 1 həftə) gələn müştəriləra şamil edilməyəcək. Kompleksdən fins.az-a bildirilib ki, həftəsonu üçün fərqli qiymətlərin tətbiq edilməsində məqsəd qonaqları həftəarası günlərdə gəlməyə həvəsləndirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır