Helikopterlə gəzmək istəyənlərin nəzərinə - SİFARİŞ BAŞLAYIR
27 APREL 2016
1504

Helikopterlə gəzmək istəyənlərin nəzərinə - SİFARİŞ BAŞLAYIR

Azərbaycanda ilk dəfə olaraq helikopterlərin onlayn sifarişi başlayır. «Silk Way Helicopter Services» (SWHS MMC) kommersiya helikopter şirkəti Azərbaycanda ilk dəfə olaraq helikopter aviadaşımalarının onlayn sifarişi xidmətini təqdim edir.

Şirkətdən fins.az-a verilən məlumata görə, SWHS şirkətinin rəsmi internet saytında fiziki və hüquqi şəxslərə çarter və özəl uçuşların onlayn sifarişi təklif olunur. Bütün sərnişinlərə uçuş müddətində sığorta verilir.Xidmətin göstərilməsi üçün müraciətlərə üç iş günü ərzində baxılır.

Qeyd edək ki, SWHS şirkəti 2015-ci ildə Bakıda keçirilən İlk Avropa Oyunları zamanı helikopterdən foto və videoçəkilişlər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır