Azərbaycanlılar Pegasusla pulsuz uçacaqlar – KAMPANİYA
28 APREL 2016
4437

Azərbaycanlılar Pegasusla pulsuz uçacaqlar – KAMPANİYA

Türkiyənin aşağıbüdcəli "Pegasus" aviaşirkəti yeni kampaniyaya başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, iyun ayına kimi “Pegasus”la Qəbələdən-İstanbula uçanlara Türkiyənin digər bölgələrinə uçuşlar pulsuzdur. Söhbət tranzit uçuşlardan gedir.

Eləcə də bax: Türkiyədə 5 ulduzlu hotel 10 dollara düşdü

Şirkətin nümayəndəsi Fariz Eyyubov fins.az-a bildirib ki, yerli turistlər yalnız Qəbələ-İstanbul reysi üçün 50 avro ödəməlidirlər. İstanbuldan Türkiyənin müxtəlif bölgələrinə uçuşlar isə pulsuz başa gəlir.

F.Eyyubovun sözlərinə görə, əvvəl transit uçuşlar əlavə 20-30 avroya başa gəlirdi: “Kampaniya çərçivəsində iyun ayına kimi Türkiyəyə uçmaq istəyənlər isə daxili uçuşlara görə ödəniş etməyəcəklər. Məsələn, Türkiyədə istirahət etməyi qərara alan yerli turistlər Antalya, İzmir, Bodrum, Ankara, Adana və digər istiqamətlərə pulsuz uça bilərlər. Bu qiymətə 20 kiloqramlıq baqaj da daxildir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır