Dubaya uçuşlar ucuzlaşır – 45% ENDİRİM
29 APREL 2016
1568

Dubaya uçuşlar ucuzlaşır – 45% ENDİRİM

“Fly Dubai” aviaşirkəti Bakıdan uçuşları ucuzlaşdırır. Şirkətdən fins.az-a verilən məlumata görə, iyun ayı ərzində Dubaya getmək istəyənlərə biletlər 45 % endirimlə satılacaq. Belə ki, hazırda 20 kiloqramlıq baqaj və 7 kiloqramlıq əl yükü daxil biletlər 285 manata satılır. Baqajsız uçuş biletləri isə 219 manata başa gəlir. Endirimlər baqajlı uçuşlara aid olacaq. Belə ki, iyun ayından etibarən Bakıdan Dubaya baqajlı gediş-qayıdış bileti 197 manata satılacaq. Şirkətdən bildirilib ki, endirimli qiymətlər yanlız Bakı-Dubay reyslərinə aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır